Şri-Lankada daşqın nəticəsində 4 nəfər ölüb, 6 nəfər itkin düşüb
Şri-Lankada daşqınlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb, 6 nəfər isə itkin düşüb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, daşqının fəsadları barədə məlumatları təbii fəlakətlərlə mübarizə mərkəzinin baş direktoru Udaya Herat mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, daşqınlar 230 min 743 nəfərə təsir edib və 600-dən çox evi dağıdıb. Zərərçəkənlərə yardım göstərmək üçün ümumilikdə 165 müvəqqəti düşərgə yaradılıb.
Prezidentin mətbuat xidməti bildirib ki, dövlət başçısı fəlakətə məruz qalmış ərazilərdəki insanlara təcili kömək çatdırılmasını təmin etmək üçün məmurlara tapşırıq verib.
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Rusiyanın İrkutsk əyalətində təyyarə...
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...