Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək
Mayın 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda, mayın 24-ü gündüzdən 27-dək isə Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Mayın 24-ü gündüzdən 26-sı gündüzədək şərq küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...
Son iki ayda pensiya ödənişlərinə 1...