14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

21-05-2024
IMG

Azərbaycanda mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər dağlıq ərazilərdə, gündüz isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 6-11° isti olacaq.

Paylaş: