14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Reinteqrasiya tədbirləri ilə 653 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

05-12-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində ötən dövrdə 653 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılması təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas qruplara aid uşaqlar və ailələri üçün sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Görülən işlərin nəticəsi olaraq 536 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb və həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

Paylaş: