Qarölçmə işləri davam edir
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən hazırda Balakən və Zaqatala rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin olunur.
Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, aparılan ölçmələrin ilkin nəticələrinə görə Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 santimetr, Filizçay-Kasadağ marşrutunda 40-55 santimetr qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.
Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...
Son iki ayda pensiya ödənişlərinə 1...