14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Özbəkistan QHT-ləri Milli Forumuna Azərbaycan nümayəndə heyəti qonaq qismində dəvət olunub

05-12-2024
IMG

Dekabrın 5-də Özbəkistanın “Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının və dövlət orqanlarının insan hüquqları və maraqlarının təmin olunmasında qarşılıqlı əlaqəsi” adlı Milli Forum keçirilib.

Fhnews.az xəbər verir ki, Özbəkistanda "Vətəndaş cəmiyyəti həftəsi" çərçivəsində keçirilən Forumda Özbəkistan QHT-ləri bir sıra təqdimatlarla çıxış ediblər.

Milli Forumda Daşkənddə səfərdə olan Azərbaycan nümayəndə heyəti də qonaq qismində iştirak edib.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasına rəmzi olaraq tarixi Qarabağ xalçasının ornamentləri ilə işlənilmiş saat hədiyyə olunub.

Paylaş: