Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 58 mindən çox müraciət olub
Cari ilin may ayı ərzində 51 min 365 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə 58 min 416 müraciət olub.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar.
Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
Azərbaycan elektrik enerjisi ixracını 36...
Sərnişin daşımaları həyata keçirənlərə...
Təmiz Enerji Mərkəzi vasitəsilə həyata...
AİB ilə istilik təchizatı sektorunun...
Bu il kommersiya qurumlarının sayı 8...