Məlahət İbrahimqızı: Azərbaycanlılara qarşı törədilən haqsızlıqlar qəbuledilməzdir
Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Böhrandan sonra uşaqların dözümlülüyü üzrə mütəxəssis Osamudiamen Otasowie ilə görüşüb.
Fhnews.az xəbər verir ki, görüşdə deputat Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının bugünkü konfransın əsas məqsədi olduğunu bildirib.
Daha sonra Roma Sapienza Universitetinin Beynəlxalq Hüquq üzrə əməkdaşı Doktor Valentina Çabert ilə görüş olub.
Məlahət İbrahimqızı qeyd edib ki, son 200 ildə Ermənistandan qovulan azərbaycanlıların öz yurdlarına geri qayıdışı İcmanın əsas məqsədidir. Deputat azərbaycanlılara qarşı törədilən haqsızlıqların qəbuledilməz olduğunu vurğulayıb.
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...
Son iki ayda pensiya ödənişlərinə 1...