14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Liftdə qalmış 2 nəfər xilas edilib

15-09-2024

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində doqquzmərtəbəli yaşayış binasında 1 və Yasamal rayonu, Moskva prospektində doqquzmərtəbəli yaşayış binasında 1 ünvanda vətəndaşlarln liftdə köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 2 nəfər xilas edilib.

Bundan əlavə, Abşeron rayonu, Goradil qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş: