“Bakı Taksi Xidməti”nin nəqliyyat vasitələrində POS-terminallar quraşdırılıb
“Bakı Taksi Xidməti” MMC və “Azərpoçt” MMC arasında əməkdaşlığa başlanılıb.
Fhnews.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti” MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində “Azərpoçt” MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.
Beləliklə, “Azərpoçt” MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.
Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.
Qeyd edək ki, “Azərpoçt” MMC bu əməkdaşlığı davam etdirməklə yanaşı, digər sahibkarlarla da (nəqliyyat xidmətləri, iaşə obyektləri, səyyar və pərakəndə satış, kuryer xidmətləri və s.) əməkdaşlığa açıqdır.
Bakı şəhərində və ətraf ərazilərdə...
Ötən il dövlət büdcəsinin gəlirləri...
Həsən Əliyev küçəsində nəqliyyatın...
Azərbaycan elektrik enerjisi ixracını 36...
Sərnişin daşımaları həyata keçirənlərə...