3 aprel 2025, cümə axşamı Bakı, 13°C
IMG-LOGO

Hindistanda yaşlı cütlük vəhşi fil tərəfindən öldürülüb

24-02-2025
IMG

Hindistanın cənubundakı Kerala əyalətində yaşlı cütlük vəhşi fil tərəfindən tapdalanaraq öldürülüb.

Fhnews.az xəbər verir ki, qurbanlar bazar günü axşam Kannur rayonundakı Aralam fermasında fındıq yığarkən filin hücumuna məruz qalıb.

Bədbəxt hadisə bölgədə artan insan-heyvan qarşıdurmasına dair gecə saatlarına qədər davam edən etirazlara səbəb olub. Təşvişə düşən sakinlər vəhşi təbiətə müdaxilənin qarşısını almaq üçün təcili addımların atılmasını tələb ediblər.

Yerli mediada 2014-cü ildən bəri Kannur rayonundakı Aralam fermasında vəhşi fillərin hücumları nəticəsində 17 nəfərin həlak olduğu bildirilir.

Vəhşi təbiət ekspertləri deyirlər ki, kütləvi urbanizasiya, meşələrin denudasiyası, ərazilərinin zəbt edilməsi və meşələrdə bufer zonaların yoxa çıxması vəhşi heyvanları yaşayış məntəqələrinə sıxışdıran səbəblərdəndir.

Paylaş: