Hidayət Heydərov reytinq cədvəlində ilk pilləyə yüksəlib
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il iyul ayına olan reytinq cədvəlini açıqlayıb.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, siyahıya 600 xalla cüdoçu Hidayət Heydərov liderlik edir. Bədii gimnastikası üzrə qrup hərəkətləri komandası 510 xalla ikinci, 430 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Avropa çempionatı: Azərbaycanın bir...
Azərbaycanın iki boksçusu Macarıstandakı...
Azərbaycan və Latviya arasında basketbol...
Azərbaycanın yunan-Roma güləşçisi Avropa...
Avropa çempionatı: Azərbaycanın daha bir...