14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə olunur?

11-03-2024

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Fhnews.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Zərifə Əliyeva küçəsində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində.

Paylaş: