Hava şəraiti ilə əlaqədar Bakının bəzi yollarında sıxlıq müşahidə edilir
Bakıda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir.
Fhnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir.
Hazırda:
1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;
4. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...
Son iki ayda pensiya ödənişlərinə 1...