3 aprel 2025, cümə axşamı Bakı, 13°C
IMG-LOGO

Dünyanın ən sürətli kompüteri təqdim edilib

24-01-2025
IMG

”El Capitan" adlı kompüter saniyədə 2,79 kvintilyon hesablama gücü ilə nüvə silahlarının təhlükəsizliyini simulyasiya etmək və süni intellekt və iqlim dəyişikliyi kimi tədqiqatları sürətləndirmək üçün istifadə ediləcək. 600 milyon dollar dəyərində olan bu nəhəng texnologiyanın bütün dünyada elmi kəşflərə əhəmiyyətli töhfələr verəcəyi gözlənilir. 

“El Capitan” Livermore Milli Laboratoriyasında  fəaliyyət göstərəcək və ölkənin təhlükəsizliyini, xüsusən də nüvə silahını təmin etmək üçün istifadə ediləcəkdir. Ayrıca iqlim dəyişikliyi, süni intellekt və genetika kimi elmi araşdırmalara da töhfə verəcəkdir.

“El Capitan” Amerikanın nüvə silah ehtiyatlarının təhlükəsizliyini təmin etmək üçün hazırlanmış bir texnologiyadir.1992-ci ildən bəri qadağan edilmiş yeraltı nüvə testlərinin əvəzinə, “El Capitan” nüvə partlayışlarını simulyasiya edərək silahların təhlükəsizliyini sınayacaqdır. Bu kompüter sayəsində nüvə silahının yaşlanma şəraiti izlənilə bilər.

“El Capitan”  542 exaflops sürətində əməliyyat gücü ilə dünyada ən sürətli kompüterdir. Əvvəlki Super Kompüter Sistemindən 18 qat daha sürətli olan “El Capitan” indiyə qədər ən güclü və ən sürətli hesablamaları edə biləcək.

Yeni kompüter təkcə nüvə təhlükəsizliyi üçün deyil, həm də elmi kəşflər üçün vacib bir vasitə olacaqdır.

Paylaş: