Britaniya hökuməti "Rusiyanın yenidən G7-yə qoşula biləcəyi" təklifini rədd edib
Britaniya hökuməti Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə dövlət katibi Den Jarvisin “Rusiya G7-yə qayıda bilər” təklifini rədd edib.
Baş nazirliyin sözçüsü nazir Jarvisin "Rusiyanın yenidən G7-yə daxil olması beynəlxalq müttəfiqlərlə qiymətləndirilə bilər" ifadələrinə qarşı çıxıb.
Nazirin açıqlamalarının Ukraynada sülh prosesinin başlanmasına dair ümumi qiymətləndirmə olduğunu və Böyük Britaniyanın bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayan sözçü deyib ki, Rusiya Ukraynada qeyri-qanuni hərbi qüvvələri saxladığı müddətcə G7-yə qayıda bilməz.
Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə dövlət naziri Jarvis “Times” radiosuna açıqlamasında “Rusiyanın G7-yə qayıtması Ukraynada müharibə başa çatdıqdan sonra beynəlxalq müttəfiqlərlə müzakirə olunacaq məsələ ola bilər”- ifadəsini işlədib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 14-də verdiyi bəyanatda bildirib ki, Rusiya Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-dan ibarət G7-yə yenidən qəbul edilməlidir.
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Rusiyanın İrkutsk əyalətində təyyarə...
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...