Bakı hava limanı həftəsonu səfər planlaşdıran sərnişinlərə xəbərdarlıq edib
Oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bakı hava limanından verilən məlumata görə, gecikmələrin qarşısını almaq üçün səfərlərin öncədən planlaşdırılması, alternativ Zığ şosesi-Zığ-Hövsan-Hava Limanı marşrutundan istifadə edilməsi, ictimai nəqliyyat vasitələrinə üstünlük verilməsi tövsiyə olunur.
Bundan başqa, “Aeroexpress” avtobuslarının gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərdiyi bildirilir.
Dünya Bankı ilə nasoslu hidroenerji...
“Orta və kiçik biznesin inkişafında...
Hesablama Palatasının kollegiya iclası...
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...