Azərbaycanlı istifadəçilər arasında ən populyar brauzerin adı məlum olub
“Google Chrome” internet brauzeri azərbaycanlı istifadəçilər arasında populyarlıq baxımından öz liderliyini qoruyur.
Fhnews.az “Global Stats” statistika mərkəzinə istinadla xəbər verir ki, onun ölkə bazarındakı payı 57,27 faiz təşkil edib. 2024-cü ilin may ayında “Google Chrome” brauzerinin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 0,53 faiz artıb.
“Safari” brauzerinin Azərbaycan bazarındakı payı hesabat ayı ərzində bir qədər - 0,96 faiz bəndi azalaraq 7,86 faiz təşkil edib.
Hesabat dövründə “Samsung Internet” brauzerinin payı da əvvəlki ayla müqayisədə 0,04 faiz bəndi azalaraq 0,09 faiz təşkil edib.
Bazarın qalan hissəsi isə payı 28 faiz olan digər internet brauzerlərinə məxsusdur.
Həsən Əliyev küçəsində nəqliyyatın...
Azərbaycan elektrik enerjisi ixracını 36...
Sərnişin daşımaları həyata keçirənlərə...
Təmiz Enerji Mərkəzi vasitəsilə həyata...
AİB ilə istilik təchizatı sektorunun...