Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı: Biz Azərbaycan irsinin Ermənistan tərəfindən dağıdıldığını müşahidə etmişik
“Dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək lazımdır. Biz burada müzakirələr apararaq bir amal üçün çalışırıq. İnsanların zorla yaşadıqları ərazidən qovulması heç bir halda qəbul edilməməlidir. Bu bölgədə beynəlxalq quruluşu pozmamalıyıq. Qayıdış hüququ beynəlxalq hüquqda təsbit edilib. Məhz ona görə də biz hüququ bərqərar etmək üçün müvafiq hüquqi alətlər yaratmışıq”.
Fhnews.az xəbər verir ki, bu fikirləri Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ. Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın yekununda çıxışı zamanı səsləndirib.
“Ermənistan Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququna və icrasına imkan yaratmır. Ermənistan hökuməti müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı, yaxud təminatını ödəməlidir. Qayda belədir: İnsanlar dədə-baba torpaqlarına qayıtmalıdırlar, vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan irsinin Ermənistan tərəfindən məhv edildiyini müşahidə etmişik. Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir”, - deyə o vurğulayıb.
Baş nazir: 2024-cü ildə Əhalinin hər...
Milli Məclisin yaz sessiyasında növbəti...
Azərbaycanın Almaniyadakı səfiri...
XİN BMT-nin İnsan Hüquqları Şurasının...
"Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın...