Almaniyada daşqın: 5 nəfər ölüb, 1 nəfər itkin düşüb
Almaniyanın Bavariya və Baden-Vürtemberq əyalətlərində güclü yağış daşqınlara səbəb olub. Sel fəlakətində 5 nəfər həyatını itirib, 1 yanğınsöndürən isə itkin düşüb.
Güclü yağışlar sona çatdıqda,üç çayın qovuşduğu tarixi Passau şəhərində suyun səviyyəsi 10 metrə yaxınlaşaraq, son on ildən artıq müddətdə müşahidə edilən ən yüksək səviyyəyə çatıb.
Almaniyanın cənubundakı bəzi bölgələrdə Reyn çayı üzərində yük daşımaları dayandırılarkən, Bavariyanın Rosenheim bölgəsində fövqəladə vəziyyət elan edilib.
Bavariyanın əyalət rəhbəri Markus Söder açıqlamasında bölgədəki vəziyyəti ciddi və kritik adlandırıb. Almaniya kansleri Olaf Şolz açıqlamasında deyib ki, cənubda baş verən daşqın fəlakəti bizə insan tərəfindən törədilən iqlim dəyişikliyini dayandırmağın diqqətdən kənarda qalmaması lazım olduğunu xatırladıb.
Dunay çayında daşqın isə Avstriyanın üçüncü ən böyük şəhəri olan Linz şəhərinin çay kənarındakı ərazilərini su altında qoyub.
Rusiyanın İrkutsk əyalətində təyyarə...
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...
Antalyada yağışdan sonra dənizin rəngi...