Əkin sahələrinə təsir edən şaxta ilə əlaqədar Rusiyada fövqəladə vəziyyət elan edilməsi planlaşdırılır
Rusiyanın Kənd Təsərrüfatı Naziri Oksana Lut şaxtaların əkin sahələrinə təsir etməsi ilə əlaqədar ümummilli fövqəladə vəziyyət elan etməyi planlaşdırdıqlarını bildirib.
Mətbuata açıqlamasında may ayında temperaturların əhəmiyyətli dərəcədə aşağı düşdüyünü və bunun məhsullara təsir etdiyini bildirən nazir deyib ki, federal fövqəladə vəziyyət elan etməyi planlaşdırırıq və hökumətdən zərər görmüş məhsullara görə kompensasiya tələb edəcəyik.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, xüsusilə Rusiyanın mərkəzi rayonlarında mövsüm normalarından aşağı soyuq hava müşahidə edilsə də, şaxtalar səbəbindən təxminən 830 min hektar sahədə əkin sahələrinə ziyan dəyib.
Bundan əvvəl ölkənin Saratov, Voronej, Lipetsk, Tambov, Volqoqrad, Rostov, Penza və Orel vilayətlərində şaxta ilə əlaqədar fövqəladə vəziyyət elan edilmişdi.
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Rusiyanın İrkutsk əyalətində təyyarə...
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...