14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

ADY: "Qatarların sürət həddi bərpa olunub"

15-01-2024

Azərbaycanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub.

Fhnews.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

"Sərnişinlərimizdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Paylaş: