Yanğın fəlakətində daha 11 şübhəli nəzarətə alınıb
Türkiyədə Bolu Kartalkaya Kayak Mərkəzində 78 adamın ölümünə səbəb olan oteldəki yanğına görə daha 11 şübhəli nəzarətə alınıb. Otel sahibi Halit Ergül və Emir Aras isə həbs olunub.
Saxlanılanlar arasında otelin yanğın təhlükəsi üçün yararsız olması barədə müvafiq bölmələrə məlumat verməyən Bolu bələdiyyə sədrinin müavini və yanğınsöndürmə rəisinin müavini də var.
Prokurorluğun ilk təyinatlarına görə, yanğın mətbəxdə çıxıb və bir çiləyici sisteminin olmaması səbəbindən böyüyüb.
Qeyd edək ki, bu gün Əskişəhərdə AKP-nin 8-ci növbədənkənar bölgə qurultayında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “78 canımızın hesabı tək-tək sorulacaq”-deyərək hadisənin nəzarətdə saxlanıldığına diqqət çəkib.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...