Ölkə ərazisində hava şəraiti dəyişib
Martın 7-si saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib. Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daşkəsəndə isə qar yağır.
Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Binə, Pirallahı, Sumqayıt, Çilov adası, Naftalan, Qobustan, Quba, Qusar, Tərtər, Mingəçevir, Göyçay, Bərdə, Beyləqan, Goranboy, Hacıqabul, Biləsuvar, Astara, Ağdam, Zərdabda duman müşahidə olunur. Görünüş məsafəsi 500-800 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da eləcə də, Aran rayonlarında 13, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək isti qeydə alınıb.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...