24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Mütəxəssis: Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir

15-10-2024
IMG

Kəskin respirator virus infeksiyaları olduqca çoxdur. Bunların arasında qrip nisbətən daha təhlükəli olub ağırlaşmalarla fərqlənir.

Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu infeksiyalardan qorunma yolları əsasən qeyri-spesifikdir və hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün ümumidir (maskanın geyilməsi, əl gigiyenası və s). Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir. Hər il sentyabr-oktyabr aylarında dövriyyədə olan qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyadək qoruyur”.

Mütəxəssis-ekspert qeyd edib ki, ölkəmizdə hər il Səhiyyə Nazirliyi tərəfindən belə peyvəndlər gətirilərək ambulator-poliklinik müəssisələrə paylanılır və qripə qarşı vaksinasiyanın əhali, birinci növbədə risk qrupları arasında aparılmasına çağırışlar edilir: “Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilən peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər”.

Paylaş: