24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

İşğaldan azad olunan ərazilərimizdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması üzrə görüləcək birgə işlər müzakirə olunub

02-03-2024

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərgi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən “İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması istiqamətləri” mövzusunda dəyirmi masa təşkil edilib. 

Fhnews.az xəbər verir ki, görüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə fəaliyyət göstərən işəgötürənlər və digər qurumların nümayəndələri iştirak edib. 

İlk olaraq iştirakçılara Agentliyin fəaliyyəti ilə bağlı məlumat verilib. İşğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması istiqamətləri, peşə hazırlığının təşklinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərdə hazırda icra olunan digər məşğulluq tədbirləri  diqqətə çatdırılıb, bu mözvularda müzakirələr aparılıb.  

Həmin ərazilərə köçürülən vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasında işəgötürənlərin rolundan bəhs olunub. İşğaldan azad olunan ərazilərimizdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması üzrə görüləcək birgə işlər müzakirə edilib.

Paylaş: