Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidməti iyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıqlar verib.
Xidmətdən verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax və Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
“Narıncı” xəbərdarlığa əsasən, Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20.8-28.4 metr olacağı proqnozlaşdırılır.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...