FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrin icrasına dair xidməti müşavirə keçirilib. Müşavirədə Xidmət rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov və Xidmətin məsul şəxsləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər, cari il üçün qarşıda duran məsələlər haqqında geniş məlumat verib.
Xidmət rəisi çıxışında, həmçinin baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsi, hadisəyə çevik reaksiyavermə, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili, şəxsi heyətin peşə hazırlığının daim yüksək səviyyədə saxlanılmasının zəruriliyini qeyd edib.
Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov çıxışında Xidmətdə nizam-intizamın daim yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirib.
Tədbirdə digər çıxış edənlər ötən il ərzində görülmüş işlər, o cümlədən peşə və döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində atılmış addımlardan danışıblar.
Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında geniş müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...