29 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Fateh Sultan Mehmetin "dünyanın gözü" adlandırdığı Amasra

25-01-2025
IMG

Amasranın tarixi 3000 ildən çox əvvələ gedib çıxır. Təbii limanlarına görə finikiyalılar burada koloniyalar qurur və ticarət fəaliyyəti ilə məşğul olurlar. Strabonun dediyinə görə, kraliça Amastris dörd şəhəri birləşdirərək öz adını daşıyan Amastris şəhərini yaradır. Amasra ən görkəmli dövrünü Kraliça Amastrisin dövründə yaşayır. Daha sonra müxtəlif dövrlərin izləri olan bir məkana çevrilir.

Roma İmperiyasının müqəddəslərindən biri Amasranı görəndə çox təsirlənir və şəhər üçün “dünyanın gözü” ifadəsini işlədir. Əsrlər sonra şəhərin gözəlliyinə heyran qalan Fateh Sultan Mehmet də Amasranı "dünyanın gözü" adlandırır. 

Amasra qalası… UNESCO-nun Ümumdünya Mədəniyyət İrsi Siyahısına daxil olan qala Roma dövründən aktiv şəkildə istifadə olunur. Şəhərin iki tərəfini birləşdirən Kemere körpüsü isə Amasraya gələnlərin keçməli olduğu bir su tikintisidir. Körpü Bizans dövründə aid tarixi ilə diqqət çəkir və Ağlayan Ağaca getmək üçün oradan keçmək lazımdır.  Üç əsrdən çox yaşı olan bu sərv ağacı yazda yığdığı nəmi buraxır, yarpaqlarından, budaqlarından su axır. Ona görə də ona “ağlayan ağac” deyirlər. Bu, əslində təbii bir hadisədir, lakin insanlar bura həm ağacı, həm də küçənin o tayındakı Dovşan adasını görmək və mənzərədən həzz almaq üçün gəlirlər.

 Anadoluda yeganə yol abidəsi kimi tanınan Kuşkayası Yol Abidəsi də turistlərin maraq dünyasındadır. İki min ili geridə qoyan bu nəhəng abidə Türkiyənin Roma dövrünə aid ən orijinal abidələrindən biridir. Qaya üzərində oyulmuş abidənin üzərində yazılar, insan və qartal fiqurları var.

Nəhayət, Amasranın ən gözəl çimərliyi olan Çakrazı da tanıyaq. Çakraz isti havaları sevməyənlərin, izdihamdan uzaq olmaq istəyənlərin üstünlük verdiyi yerdir. Təmiz, firuzəyi mavi dənizi və incə qumları ilə bura sakit və dinc tətil axtaranlar üçün dayanacaq yeridir. Və qədim zamanlardan mühüm liman şəhəri olan Amasraya çox yaxındır.

Paylaş: