27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycan yığması “Böyük Dəbilqə” turnirini 8 medalla başa vurub

18-02-2024

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

Fhnews.az xəbər verir ki, yarışın son günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov rusiyalı Valeriy Endovitskiyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da Azərbaycan yığması "Böyük Dəbilqə" turnirini 8 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram) və Vüqar Talıbov (90 kiloqram) isə bürünc medal qazanıblar.

Paylaş: