Avropa çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi yarımfinala yüksəlib
Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Fhnews.az xəbər verir ki, İslam Bazarqanov (57 kiloqram) 1/4 finalda almaniyalı dünya və Avropa üçüncüsü Horst Lerə qalib gələrək növbəti raundda ermənistanlı Arsen Harutyunyana rəqib olub.
Əli Rəhimzadə (65 kiloqram) yarımfinala gedən yolda Ukrayna təmsilçisi Erik Aruşanyandan üstün olub. O, finala çıxmaq uğrunda albaniyalı İslam Dudayevlə güləşəcək.
1/4 finalda slovakiyalı Batirbek Tçakulova qalib gələn Maqomedxan Maqomedov (97 kiloqram) isə yarımfinalda bolqarıstanlı Vladislav Baytsayevi sınağa çəkəcək.
Bu gün mübarizəyə başlayan digər sərbəst güləşçilər - Kənan Heybətov (70 kiloqram) və Orxan Abbasov (79 kiloqram) isə 1/4 finalda məğlub olublar.
Qeyd edək ki, bu gün Azərbaycan iki qadın güləşçisi bürünc medal görüşünə çıxacaq. Elis Manolova (65 kiloqram) almaniyalı Anna Nuernbergerlə, Birgül Soltanova isə rusiyalı Veranika İvanova ilə qarşılaşacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...