Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayır
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə start verəcəklər.
Fhnews.az xəbər verir ki, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram) yarışa təsnifat mərhələsindən başlayacaqlar.
Onlar müvafiq olaraq, Aryan Tsiutrin (AİN), Səlim Naim (Bolqarıstan) - İslam Hüseynov (AİN) cütünün qalibi, George Bukurla (Rumıniya) qarşılaşacaqlar.
1/8 finalda isə İman Abbasov (79 kiloqram) İman Məhdəvi (UWW), Maqomedxan Maqomedov (97 kiloqram) Georgian Tripon (Rumıniya) ilə üz-üzə gələcək.
Bu gün həmçinin qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının üzvü Elis Manolova (65 kiloqram) bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 25 güləşçi ilə təmsil olunur.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...