Avarçəkmə üzrə Azərbaycan birinciliyində rekord sayda idmançı mübarizə aparacaq
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Fhnews.az xəbər verir ki, AKAF-dan verilən məlumata görə, turnir fevralın 23-24-də Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Yarışda Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparacaq. Bu isə son illər avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə rekord idmançı sayıdır.
Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Eyni zamanda fərqlənən idmançılar bu ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığmanın heyətinə cəlb ediləcək.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...