29 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Antonio Quterreş Sudanda artan gərginliklə bağlı çağırış edib

25-01-2025
IMG

Birləşmiş Millətlər Təşkilatının  baş katibi Antonio Quterreş Sudanın paytaxtı Xartumun şimalında yerləşən Cili neft emalı zavodu ətrafında və Darfurdakı Faşir bölgəsində münaqişənin şiddətlənməsindən narahatlığını ifadə edib və tərəfləri təmkinli olmağa çağırıb.

Məlumata görə, Antonio Quterreş tərəfləri Sudan və region üçün ciddi iqtisadi və ekoloji nəticələrə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

Mülki əhalinin və mülki infrastrukturun qorunması, habelə humanitar yardımın təmin edilməsi ilə bağlı beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri xatırladan Antonio Quterreş deyib ki, Sudanlı qadınlar, uşaqlar və kişilər münaqişə tərəflərinin davam edən hərbi əməliyyatlarının bədəlini ödəyirlər.
Tərəfləri dialoqa çağıran Antonio Quterreş münaqişənin yalnız əhatəli siyasi proses vasitəsilə həll oluna biləcəyini vurğulayıb.

Paylaş: