29 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

120 gün su altında yaşayan alman mühəndis  dünya rekordunu qırdı

25-01-2025
IMG

Bu, Alman aviasiya mühəndisi olan Rudiger Kochun rekordudur. Yataqları, tualetləri, televizoru və hətta interneti olan Koch dənizin altında olan 30 kvadrat metrlik kapsulda yaşamaqla dənizlərin insan həyatı üçün uyğun bir mühit olduğunu isbat etmək istəyib. Kapsulda dörd kamera tərəfindən qeydə alınmış və heç vaxt səthdə olmadığı sənədləşdirilmiş Koch Jül Vernin "20 000 lye su altında" əsərindən ilham aldığını söyləyir.

"Bu böyük bir macəra idi və artıq bitdi, demək olar ki, təəssüf hissi var. Burada keçirdiyim vaxtdan zövq aldım. Hər şey sakit, hava qaranlıq, dəniz çox gözəldir"-deyən Kochun kapsulunda  müasir həyatın çox elementləri olub : yataq, tualet, televizor, kompüter, internet və hətta bir məşq velosipedi.
"Burada nə etməyə çalışdığımız şey, dənizlərin əslində insan üçün uyğun bir mühit olduğunu sübut etməkdir"-deyə alman mühəndisi bildirib. 

Qeyd edək ki, Alman aviasiya mühəndisi 59 yaşlı Rudiger Koch Panama sahillərində sualtı kapsulda 120 gün qalaraq ən uzun müddət su altında yaşamaq rekordunu qırıb.

Paylaş: