14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Vyetnamda hərbi təlim zamanı partlayış baş verib

05-12-2024
IMG

Ölkənin rəsmi yayımçısı tərəfindən verilən açıqlamada, Vyetnamın Donq Nai əyalətində hərbi atış poliqonunda təlim zamanı baş verən partlayışda 12 əsgərin həyatını itirdiyi bildirilib.Bəzi əsgərlərin cəsədlərinin hələ də tapılmadığı və axtarışların davam etdiyi bildirilib.

Partlayışın səbəbi hələ açıqlanmasa da, rəsmilərə görə, partlayıcının əsgərlərin döyüş sursatı daşıyarkən ildırım vurması nəticəsində işə düşdüyü təxmin edilir.

Müdafiə Nazirliyi hadisə ilə bağlı təcili araşdırma aparılmasına göstəriş verib.

Paylaş: