14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

15-01-2024

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var

Azərbaycanda yanvarın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı proqnozlaşdırılır.

Paylaş: