14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Misirdə 2 min illik sirr

05-12-2024
IMG

Misirin Luksor bölgəsinin şimalında yerləşən qədim Athribis şəhərində aparılan qazıntılar 2100 il əvvələ aid məbədin sirlərini ortaya çıxarıb.Arxeoloqlar məbədin gizli qapısını tapıblar. Qədim şəhərdə qazıntılar iki ildir ki, davam edir. Arxeoloqlar dağın yamacında tikilmiş bu məbəddə gizli keçidə rast gəliblər. Bu keçidin ayrıca məbədə aid olduğu təxmin edilir. 

Qeyd edək ki, Misir məbədlərinin giriş qapılarını təmsil edən “dirəklər” böyük qüllələrlə əhatə olunmuş tikililər kimi tanınır. Almaniyanın Tübingen Universitetindən verilən açıqlamaya görə, Athribisdə aşkar edilən pilon iki böyük qüllədən ibarətdir. Qazıntılar zamanı Ptolemeyin aslan başlı ilahə Repitə və oğlu Kolantesə qurban kəsməsini əks etdirən relyeflər tapılmışdır. Bundan əlavə, məbəd avadanlıqlarının saxlandığı gizli otaq da aşkar edilib.

Qədim misirlilərin vaxtı ölçmək üçün istifadə etdikləri “dekan” adlanan ulduz qruplarından ikisi məbədin divarlarında təsvir edilmişdir. Maraqlı təsvirlərdən birində insan bədəni, digərində isə ibis quşunun başı var.

Məbədin aslan başlı tanrıça Repitə ithaf edildiyi düşünülsə də, hələlik dəqiq məlumat yoxdur. İşi həyata keçirən Kristian Leitz məbədin adının hələ də məlum olmadığını bildirir. Bölgədə araşdırmalar davam edir və arxeoloqlar yeni kəşflərin qaçılmaz olduğunu bildirirlər.

Qədim Athribis şəhərində məbədlər, eləcə də yaşayış məntəqələri, nekropol xarabalıqları və qədim karxanalar var. 2012-ci ildən davam edən araşdırmalar göstərir ki, bu bölgə daha çox sirlərə sahibdir.

Paylaş: