İslam İnkişaf Bankının mütəxəssisləri ilə görüş keçirilib
Milli Hidrometeorologiya Xidmətində İslam İnkişaf Bankının (İİB) əməkdaşları ilə görüş keçirilib.
Görüş zamanı İİB-nin “Qız Qalası” su anbarından magistral suvarma kanalının tikintisi layihəsində iştirakı və layihənin həyata keçirilməsi üçün hazırlıq tədbirləri müzakirə edilib.
Eyni zamanda, həyata keçirilməsi nəzərdə tutulan layihəyə hazırlıqla bağlı qonaqların ekologiya, ətraf mühitə təsirlərlə bağlı aidiyyəti qanunvericilik, müvafiq prosedur qaydalarına aid sualları Xidmətin əməkdaşları tərəfindən cavablandırılıb.
Görüş çərçivəsində İİB-nin mütəxəssisləri Milli Hidrometeorologiya Xidməti nəzdində fəaliyyət göstərən “Situasiya Mərkəzi” ilə də tanış olublar.
Azərbaycan elektrik enerjisi ixracını 36...
Sərnişin daşımaları həyata keçirənlərə...
Təmiz Enerji Mərkəzi vasitəsilə həyata...
AİB ilə istilik təchizatı sektorunun...
Bu il kommersiya qurumlarının sayı 8...