DYP nasaz nəqliyyat vasitələri ilə yola çıxan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi nasaz nəqliyyat vasitələri ilə yola çıxan sürücülərə müraciət edib.
Fhnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan müraciətdə deyilir: “Magistral və paytaxt yollarının buzlanma ehtimalı nəzərə alınaraq sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar.
Bu növ nəqliyyat vasitələrinin eniş və yoxuşlarda sürüşməsi və ya yollarda qalması digər hərəkət iştirakçılarının fasiləsiz hərəkətinə maneə olmaqla yanaşı, yol polisinin işini də xeyli çətinləşdirir”.
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...
Son iki ayda pensiya ödənişlərinə 1...
Kərə yağı məhsullarında uyğunsuzluq...
Kənd təsərrüfatı naziri “Yüksəliş”...