14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Buzlaqlarla örtülü Şimal Buzlu Okeanı 2027-ci ildə ilk "buzsuz" gününü yaşaya bilər

05-12-2024
IMG

İsveçdə aparılan bir araşdırma buzlaqlarla örtülü Şimal Buzlu Okeanının 2027-ci ildə ilk "buzsuz" gününü yaşaya biləcəyini proqnozlaşdırıb.İsveçin Göteborq Universitetindən iqlimşünas Selin Heuze və ABŞ-nın Kolorado Boulder Universitetindən iqlimşünas Alexandra Jahn Asiya Avropa və Avropanın şimalında yerləşən buzla örtülmüş Şimal Buzlu Okeanında istixana qazlarının təsirini araşdırıblar. 

Araşdırma hətta ən optimist ssenarilərdə belə, qarşıdakı 20 ilin "planet üçün dönüş nöqtəsi" olacağına diqqət çəkib və buzlaqlarla örtülü Şimal Buzlu Okeanının 2027-ci ildə ilk "buzsuz" gününü yaşaya biləcəyi xəbərdarlığını edib. 

Tədqiqatda 11 iqlim modelindən və 366 simulyasiyadan istifadə edən alimlər qeyri-adi isti hava şəraitinin  baş verəcəyi təqdirdə təhlükənin daha da aydınlaşacağını vurğulayaraq istixana qazlarının emissiyalarının təcili olaraq azaldılmasının vacibliyini vurğulayıblar. 

1979-cu ildə peyk müşahidələrinə başlanandan bəri hər on ildə 12 faizdən çox kiçilən Şimal Buzlu Okeanı qlobal temperatur və dəniz ekosistemlərində mühüm rol oynayır. Buzlar əridikcə okean suları daha çox günəş işığını udur ki, bu da istiləşməni sürətləndirə bilər. Albedo effekti kimi tanınan bu vəziyyətə görə Şimal Buzlu Okeanın temperaturu qlobal orta göstəricilərdən 4 dəfə yüksəkdir.

Paylaş: