ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov ABŞ-ın Men ştatında fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Fhnews.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, nümayəndə heyətinin səfərinin məqsədi müharibədən sonrakı dövrdə mina təhlükəsi ilə bağlı real vəziyyət ətrafında fikir mübadiləsinin aparılmasıdır.
Amerika Birləşmiş Ştatlarının Men ştatının rəsmiləri və ictimaiyyət nümayəndələrindən ibarət heyət ilə keçirilən görüşdə Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, minaların insan həyatına, ətraf mühitə törətdiyi fəsadlar və onların aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.
Görüşdə tərəflər işğaldan azad edilmiş ərazilərdə əlaqəli şəkildə aparılan bərpa-yenidənqurma fəaliyyəti, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri, eləcə də minatəmizləmə sahəsində yerli və beynəlxalq təşkilatların mümkün iştirakı barədə müzakirələr aparıblar, qonaqları maraqlandıran suallar cavablandırılıb.
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...
Son iki ayda pensiya ödənişlərinə 1...
Kərə yağı məhsullarında uyğunsuzluq...
Kənd təsərrüfatı naziri “Yüksəliş”...