25 metrdən dəqiq zərbə: Basketbolçu robot dünya rekordunu qırıb
Yaponiyanın avtomobil nəhəngi “Toyota” tərəfindən hazırlanmış basketbolçu robot seriyasının ən son üzvü olan CUE6 dünya rekordu qırıb. CUE6 insanabənzər robotlar arasında ən uzaq məsafədən ataraq tarix yazıb. Dekabrın 3-də Ginnesin Rekordlar Kitabı tərəfindən edilən açıqlamaya görə, Yaponiyanın avtomobil şirkəti “Toyota” tərəfindən hazırlanan CUE6 robotu Yaponiyanın Naqakute şəhərində 24,55 metr məsafədən dəqiq atış edib və uğur qazanan ilk insanabənzər robot olub. Qeyd edək ki, 2017-ci ildə Toyota mühəndislərinin könüllü təşəbbüsü ilə həyata keçirilən CUE layihəsi süni intellektlə dəstəklənən robotların həssaslığını və imkanlarını yoxlamaq məqsədi daşıyır.
Layihənin üçüncü versiyası CUE3 2020-ci ildə ən ardıcıl uğurlu sərbəst atışlar edən robot olaraq 2019-cu ildə Ginnesin Rekordlar kitabını qırıb.
Layihəyə rəhbərlik edən Tomohiro Nomi rekord haqqında bunları deyib:
“Biz əvvəlkindən daha uzaq məsafədən atəş edərək dünyanı təəccübləndirmək istədik. Süni intellekt sayəsində robot ən təsirli atış tərzini öyrəndi və sınaqların sonunda uğur qazandı.”CUE6 ilk cəhdində uğursuz olsa da, ikinci cəhdində rekordu qıra bilib.
Xatırladaq ki, insanlar arasında məsafədən ən dəqiq basketbol rekordu 2022-ci ildə 34,6 metrdən uğurlu zərbə vuran amerikalı Coşua Uokerə məxsusdur.
Maskın suda üzəcəyini iddia etdiyi...
Çinin süni intellekt uğuru...
Danimarkanın bəzi bölgəsində informasiya...
Həbsxanada aclıq aksiyası keçirən...
Koloradoda təyyarədə yanğın olub,...