1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

Türkiyəli nazir: Zəlzələlər nəticəsində evinin itirmiş vətəndaşların heç biri bu ilin sonunadək mənzilsiz qalmayacaq

18-05-2025
IMG

Türkiyədə fəlakət bölgəsində 2023-cü ilin fevralında baş verən zəlzələlər nəticəsində evini itirmiş heç bir vətəndaş bu ilin sonuna qədər mənzilsiz qalmayacaq.

Fhnews.az xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ölkənin cənubundakı Hatay vilayətinə səfəri zamanı deyib.

Nazir qeyd edib ki, episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələlərdən ötən iki ildən artıq müddətdə Türkiyənin fəlakət zonası elan edilmiş 11 vilayətinin sakinlərinə 201 min mənzilin və ticarət obyektinin açarları təhvil verilib.

“Bütün bu müddət ərzində fəlakət zonasında 3500 tikinti sahəsində 182 min fəhlə, mühəndis və memar çalışıb. İlin sonuna qədər 453 min yaşayış və qeyri-yaşayış binasının tikintisini başa çatdırmağı planlaşdırırıq", - deyə Kurum zəlzələnin 14 milyon əhalisi olan bir əraziyə təsir etdiyini xatırladıb.

Bundan əvvəl türkiyəli nazir Kahramanmaraş vilayətində olub, burada Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan” məhəlləsinə baş çəkib.

Paylaş: