1 iyun 2025, bazar Bakı, 18°C
IMG-LOGO

Suriyanın Dünya Bankına olan borcları ödənib

17-05-2025
IMG

Suriyanın Dünya Bankına olan 15,5 milyon dollar borcunu Səudiyyə Ərəbistanı və Qətər ödəyib. Dünya Bankı Suriyanın Dünya Bankı Qrupuna olan borclarının ödənildiyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, mayın 12-nə Suriyanın Beynəlxalq İnkişaf Assosiasiyasına  təxminən 15,5 milyon dollarlıq borcu ödənilib.

Açıqlamada borcların Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödənildiyi və bu inkişafla Dünya Bankının müvafiq əməliyyat siyasətlərinə əməl olunması şərti ilə ölkənin yeni əməliyyatlar üçün uyğunluğunun yenidən qurulduğu qeyd edilib.

Qeyd edək ki, Dünya Bankı Qrupunun ən yoxsul ölkələr üçün fondu olan BİA iqtisadi artımı, dayanıqlılığı artıran və yoxsul insanların həyatını yaxşılaşdıran layihələr və proqramlar üçün ölkələrə sıfır və ya aşağı faizli kreditlər və qrantlar verir.

Paylaş: