Sənət əsərləri ilə bəzədilmiş metro
İncəsənət əsərləri və dekorasiyaları ilə tanınan Moskva metrosu 90 illik yubileyini qeyd edir. Hər dayanacağı ilə incəsənət sərgisini xatırladan metro Moskvaya gələn turistlərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.
Moskva metrosu təkcə nəqliyyat vasitəsi deyil, həm də sərgi salonudur. Yerin bir neçə metr altında nadir sənət əsərləri nümayiş etdirilir. Rəsm, heykəltəraşlıq və mozaikaların yer aldığı metro dayanacaqları Moskvaya gələn turistlərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.
Tikintisinə 1931-ci ildə başlanan və ilk xətti 1935-ci il mayın 15-də istifadəyə verilən metro bir çox tarixi hadisələrə şahidlik edib. İkinci Dünya Müharibəsi illərində metro stansiyaları bomba sığınacağı kimi istifadə olunub. Moskva metrosunda klassik əsərlərlə yanaşı, müasir əsərlər də sərgilənir. Moskvanın cənubunda yeni tikintisi başa çatan metro xəttində rayonun çaylarında tapılan balıq mozaikaları hazırlanıb.
Moskvalılar öz metro stansiyalarının zəngin tarixi və gözəlliyi ilə fəxr edirlər. Hazırda Moskva metrosunda 302 dayanacaq var. Metrodan hər gün 9 milyon insan istifadə edir.
Misir piramidalarının içərisində niyə...
İndoneziyada torpaq sürüşməsi...
Nigeriyada sel fəlakəti nəticəsində...
31 may Ümumdünya Tütünsüz Günüdür...
Türkiyənin ilk üzən qaz platforması Qara...