QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: Ölkədə rəsmi qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı 10 min 324 nəfərdir
Son statistikaya əsasən, ölkədə rəsmi qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin sayı 10 min 324 nəfərdir.
Fhnews.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.
Direktor müavini qeyd edib ki, onların 70 faizi kişi, 30 faizi isə qadındır: “Mərkəz tərəfindən aparılan araşdırmalara görə, cənub bölgəsində – Lənkəran, Astara, Lerik və Şirvan-Hacıqabul zonasında yoluxma hallarının nisbətən daha çox olduğu müşahidə edilib. Bu dəyişkən göstəricilər mütəmadi olaraq nəzarətdə saxlanılır və regionlarda profilaktik tədbirlər gücləndirilir”.
Ölkədə İİV infeksiyası ilə bağlı görülən işlərlə ətraflı tanış olmaq üçün AZƏRTAC-ın hazırladığı reportajla buradan tanış ola bilərsiniz.
Tbilisidə Mir Cəlal Paşayevin gürcü...
Bu Nuhun gəmisi, yoxsa sadəcə böyük bir...
Növbəti köç karvanı Bəylik kəndinə çatıb...
Goranboy rayonunda mina hadisəsi baş...
Türkiyə və Gürcüstandan olan din...