1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

18-05-2025
IMG

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi tanışlıq gəzintisi zamanı Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.

Fhnews.az xəbər verir ki, hadisə yerli vaxtla saat 20:26 radələrində (Bakı vaxtilə 04:26) baş verib. Qəza nəticəsində 3-ü ağır olmaqla, 20 nəfərin yaralandığı bildirilir. Nyu-York Polis Departamentinin yaydığı məlumata görə, hazırda çoxlu sayda insana yardım göstərilir. Lakin, hadisənin səbəbləri və xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Gəminin göyərtəsində 200-dən çox sərnişin olub.

Paylaş: