Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti mayın 19-u gündüzdən 20-si səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən verilən məlumata görə, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab, Ucar, Saatlı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, Qusar, Quba, İsmayıllı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara və Naxçıvan Muxtar Respublikasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Tovuz, Samux, Ağstafa, Daşkəsən, Gəncə, Şəmkir, Mingəçevir, Naftalan, Goranboy, Qobustan, Neftçala, Hacıqabul və Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Tbilisidə Mir Cəlal Paşayevin gürcü...
Bu Nuhun gəmisi, yoxsa sadəcə böyük bir...
Növbəti köç karvanı Bəylik kəndinə çatıb...
Goranboy rayonunda mina hadisəsi baş...
Türkiyə və Gürcüstandan olan din...