1 iyun 2025, bazar Bakı, 18°C
IMG-LOGO

İnsanabənzər robotlar Çində işsizlik qorxusu yaradıb

17-05-2025
IMG

Çində humanoid robot texnologiyasının son inkişafı işçilər arasında narahatlıq yaradıb.
Ölkənin ən böyük texnoloji mərkəzlərinin yerləşdiyi Pekin İqtisadi-Texnoloji İnkişaf Zonasının direktor müavini Liang Liang bildirib ki, insanabənzər robotlar işçiləri əvəz etməyəcək.

Liang verdiyi açıqlamada insanabənzər robotların ümumilikdə məhsuldarlığı artıracağını və insanlar üçün təhlükəli hesab edilən mühitlərdə işləyəcəyini bildirib.Narahatlıqların əsassız olduğunu iddia edən məmur açıqlamasında bu ifadələri işlədib:

“Robotların insanları işsiz qoyacağına inanmırıq, onların məhsuldarlığı artıracağını və insanların etmək istəmədiyi işləri öz üzərinə götürəcəyini düşünürük. Robotlar insanların gedə bilmədiyi nəhəng kainatı və ya okeanın dərinliklərini kəşf etməkdə bizə dəstək olacaq.”

İnsanabənzər robotların həftənin 7 günü, gündə 24 saat işləyə bildiyinə işarə edən Liang bunun daha yaxşı, daha ucuz məhsulların istehsalını təmin edəcəyini deyib.

Paylaş: